Azərbaycan nümayəndə heyəti İrəvana gedir?
Azərbaycan nümayəndə heyəti Avronest Parlament Assambleyası Bürosunun 19-22 fevral tarixlərində İrəvanda keçiriləcək iclasında iştirak edəcək.
APA TV-nin xəbərinə görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Azərbaycan tərəfi Avronest PA-nın Bürosunun iclasında iştiraka ilkin razılıq verib.
Qeyd edək ki, iclasda Azərbaycan parlament nümayəndə heyətinin iştirakı gözlənilir.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib