Belarus Baş naziri Gəncədə raket atılan ərazidə olub

# 18:38
19 may 2022

Belarus Baş naziri Roman Qolovçenko Azərbaycana işgüzar səfəri çərçivəsində Gəncəyə gedib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Roman Qolovçenkonun başçılıq etdiyi nümayəndə heyəti Gəncədə Vətən müharibəsi dövründə Ermənistanın raket atdığı ərazidə olub. Belarus baş naziri mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə tanış olub. Baş nazir Roman Qolovçenko həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, tamamilə dağılmış yaşayış binasının ətrafına gül qoyub.

 

Daha sonra Belarus Baş naziri Roman Qolovçenko Gəncə avtomobil zavodu İstehsalat Birliyində olub.

 

Müəssisə ilə yaxından tanışlıqdan sonra Belarus Baş naziri Roman Qolovçenkonun iştirakı ilə Gəncə avtomobil zavodu İstehsalat Birliyi və Belarus müəssisələri arasında əməkdaşlıq memorandumu və müqavilə imzalanıb.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR