Azərbaycan ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başladı
Ordumuz genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb.
APA TV xəbər verir ki, bu barədə Müdafiə nazirliyindən məlumat verilib.
Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq keçirilən təlimlər martın 6-dək davam edəcək.
Təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azad edilmiş ərazilərə köçənlərin mülkiyyət hüququ təmin olunacaq
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar