Azərbaycan Ordusunda keçirilən təlimlər başa çatıb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər uğurla başa çatıb.
Müdafiə Nazirliyindən APA TV-yə bildirilib ki, mayın 20-də komandir və rəis heyətinin iştirakı ilə təlimin yekunu ilə bağlı müşavirə keçirilib. Müşavirədə qoşunların, qərargahların təlimlərdə fəaliyyəti təhlil edilib və qarşıya qoyulan tapşırıqların icrası qiymətləndirilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib