Zaqatalada qəza: minik avtomobili aşdı
Zaqatalada yol qəzası baş verib.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb. Rayon sakini, 1983-cü il təvəllüdlü Mustafa Yusif oğlu Süleymanovun idarə etdiyi “Opel Zafira” markalı, 62 BL 339 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca dəyib, daha sonra bağa aşıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Mustafa Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib