Azərbaycan Ordusunun əsgəri vəfat edib
Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlu mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.
Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi