Azərbaycan Ordusunun şəhid olan hərbiçisi Gəncədə dəfn olundu
Azərbaycan Ordusunun şəhid olan əsgəri Novruz Haqverdiyev Gəncədə dəfn edilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan Ordumuzun əsgəri, 1996-cı il təvəllüdlü Novruz Haqverdiyevin nəşi öncə Daşkəsən rayonuna gətirilib. Şəhidlə vida mərasimi onun doğulduğu Alunitdağ qəsəbəsində keçirilib. Daha sonra şəhid Gəncəyə Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Vida mərasimində şəhidin ailəsi, Daşkəsən Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Şəhid dəfin olunandan sona tabutuna bükülmüş bayraq atasına təqdim edilib.
Qeyd edək ki, Novruz Haxverdiyev Vətən müharibəsində cəbhənin Murov istiqamətində gedən döyüşlərdə iştirak edərək şəhid olub. Şəhid itkin düşən 50 hərbçidən biridir.
Allah rəhmət eləsin!
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri