Bank Of Baku

Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb

# 21:06
29 may 2020

Azərbaycan-Rusiya sərhəddindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hazırda ərazidə 500 yük maşını qonşu ölkəyə keçmək üçün gözləyir.

Samur gömrük-keçid məntəqəsindən APA TV-nin yerli bürosuna bildirilib ki, yaranan növbələr mövsümi xarakter daşıyır.

Hazırda gün ərzində 250-300 maşın Rusiyaya keçir və hər hansı texniki problem yoxdur. Samur gömrük-keçid məntəqəsindən verilən məlumata görə, əgər Rusiya tərəfi bu sayı artırsa Azərbaycan tərəfi də bu sayı artıra  bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR