Şəkidə əməliyyat: İki nəfər tutuldu
Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyat keçirilib.
APA TV nin məlumata görə, əməliyyat zamanı şəhər sakini Vüsal Abdurəhimov saxlanılıb. Onun üzərindən qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə Vüsal Abdurəhimova narkotik vasitəni satan şəxsin Əfqan Bəkirov olduğu müəyyən edilib. Şübhəli şəxs qismində saxlanılan Əfqan Bəkirovun üzərindən narkotik vasitənin satışından əldə etdiyi pul və 7 qram marixuana götürülüb. Həmçinin, Şəki-Oğuz avtomobil yolunun kənarında gizlətdiyi 485 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu