Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorları Moskvada görüşüb

# 16:00
8 dekabr 2022

Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının görüşü keçirilib.

 

Baş Prokurorluqdan verilən məlumata görə, görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Baş prokuror Kamran Əliyev mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini, həmçinin Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesinin davam etdirilməsinin yolverilməzliyini qeyd edib.

 

Həmçinin Kamran Əliyev Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.

 

Bundan başqa, Baş prokuror 1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini vurğulayıb.

 

Görüş çərçivəsində Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunduğu bildirilib. Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq mexanizmləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR