Azərbaycan və Ermənistan XİN başçıları sülh müqaviləsi üzərində işə başlayacaq
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanat yayıb.
APA-nın xəbərinə görə, bəyanatda gələcəkdə sülh müqaviləsi imzalanması məsələsinə də toxunulub.
Bildirilib ki, Prezident Şarl Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkələr arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması ilə məşğul olmağın tapşırılması razılaşdırılıb.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib