Azərbaycan və Türkiyə müdafiə nazirləri hansı məsələləri MÜZAKİRƏ EDİB?
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.
APA TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını bildirib.
Cənab H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daima Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.
Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu