Bank Of Baku

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

# 17:02
27 sentyabr 2020

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Bildirilib ki, nazirlər bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini intensiv atəşə tutmasını müzakirə ediblər.

 

Eyni zamanda Azərbaycan tərəfinin müvafiq addımları barədə də fikir mübadiləsi aparılıb.

 

M. Çavuşoğlu qeyd edib ki, Türkiyə bütün məsələlərdə olduğu kimi, Dağlıq Qarabağ məsələsində də qardaş Azərbaycanın yanındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR