FHN: 5 nəfər xilas edilib, 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 6 nəfər yanıq xəsarəti alıb

# 11:52
15 may 2021

Fövqəladə Hallar Nazirliyi ötən sutka ərzində baş verən hadisələrlə bağlı məlumat yayıb.

 

APA TV-nin Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, ötən sutka ərzində 5 nəfər xilas edilib, 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 6 nəfər yanıq xəsarəti alıb, həmçinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından daş parçasının asılı vəziyyətdə qalması ilə əlaqədar ərazidə xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və daş parçası götürülərək təhlükə aradan qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR