Azərbaycanda 209 nəfər COVID-19-a yoluxdu, 436 nəfər sağaldı, 8 nəfər vəfat etdi
Azərbaycan Resrublikasında koronavirus (COVID-19) infeksiyasına 209 yeni yoluxma faktı qeydə alınıb, 437 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Orerativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 229 793 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 222 154 nəfər müalicə olunaraq sağalıb, 3 113 nəfər vəfat edib, aktiv xəstə sayı 4 526 nəfərdir.
Ölkədə son sutka ərzində 7 060, hazırkı dövrədək isə 2 387 134 test aparılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU