Xanlıqdan yadigar qalan qədim kənd: Burda hər şey sehirlidir

# 15:39
10 sentyabr 2022

 

Arazın Kürə bənd olduğu, qovuşduğu yer Sabirabad rayonunun Cavad kəndidir. El arasında bura Suqovuşan da deyirlər. Qədim Cavad xanlığından yadigar qalan Cavad kəndi bu iki çayın qucaqlaşdığı yerdə göz oxşayan mənzərəyə çevrilib. Kənd sakinlərinin dediyinə görə, buralar təkcə gözəlliyi, təbiəti ilə yox, həm də tarixi ilə diqqət çəkir. Həm səyyahların, həm də sultanların yolu bu ərazidən düşüb. Müsahibimiz deyir ki, sərmayə yatırılarsa Kür və Arazın birləşməsində turistlər üçün “cənnət” yaratmaq olar. Onun sözlərinə görə, buraların insan qayğısına böyük ehtiyacı var. Sakinlər deyir ki, Cavad xanlığına xəyali ekskursiya etmək üçün müxtəlif eksponatları nümayiş etdirmək, hətta “Xanlıq müzeyi” belə yaratmaq olar. Hələ ki, bura yerli camaat öz talelərini qovuşdurmaq üçün gəlir. Kimisi sevgisinə qovuşmaq, kimisi yaxınına, itkisinə qovuşmaq üçün. İnsanlar inanır ki, Araz və Kürün qovuşduğu yerdə onların taleləri də qovuşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR