Azərbaycanda 53 mindən çox insan testdən keçib
Bu gün Azərbaycanda 3018 nəfər koronavirus testindən keçirilib.
APA TV xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Məlumata əsasən, ümumilikdə testdən keçənlərin sayı 53 011 nəfərdir. Reanimasiyada olan xəstə sayı 8, süni tənəffüs cihazında olan xəstə sayı 2 nəfərdir.
Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 822, virusdan ölənlər 8, sağalan xəstə sayı 63, aktiv xəstələrin sayı isə 751 nəfərdir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi