Azərbaycanda axund faciəvi şəkildə öldü
Lənkəranda baş verən yol qəzasında xəsarət alan axund xəstəxanada dünyasını dəyişib.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə Mamusta kəndi ərazisində baş verib. Lənkəran rayon sakini Şafiq Abbasov idarə etdiyi motosikletlə kənd ərazisində hərəkətdə olarkən həmin kəndin sakini piyada qismində olan 47 yaşlı Əkrəm Hüseynovu vurub. Hadisə yerinə Təcili Tibbi Yardım əməkdaşları çağırılıb. Yaralı ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qapalı kəllə beyin travması alan Əkrəm Hüseynov xəstəxanada dünyasını dəyişib.
şöbə müdiri Elgiz Baxşəliyev bildirib ki, xəstəyə ilkin yardımlar olundu: “Xəstə təcili olaraq reanimasiya şöbəsinə yerləşdirildi. Reanimatoloji tədbirlərimizə baxmayaraq 4-5 saat ərzində xəstə dünyasını dəyişdi”.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Hadisəni törətməkdə şübhəli bilinən Şafiq Abbasov saxlanılaraq, istintaqa cəlb olunub. Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır. Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundu idi.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Lənkəran