Sumqayıtda 63 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb
Sumqayıtda bədbəxt hadisə baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb. Fərdi yaşayış evinin həyətində təmizlik işləri aparan ev sahibi, 1959-cu il təvəllüdlü Xuraman İbadova tullantıları yandırmaq üçün ocaq qalayıb. Bu zaman 63 yaşlı X. İbadova huşunu itirərək ocağa yıxılıb. Yaxınları yanıq xəsarəti alan qadını xəstəxanaya aparıblar. Görülən tədbirlərə baxmayaraq qadını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu