Azərbaycanda bu kəndin adını izah etmək üçün kitab yazılıb - APA TV

# 15:09
12 avqust 2022

Budəfəki sujetimiz Ucar rayonunda olan qəribə kənd adları barədədir. APA TV-nin yerli bürosu xəbər verir ki, belə yaşayış məntəqəsindən biridə Ucar rayonunun Qazyan kəndidir. Qazyan kəndi ərazisinə görə, ölkəmizin ən böyük kəndlərindən biridir. Ərazisi 740, 3 hektar, əhalisi 7400 nəfər, 1351 təsərrüfatı olan kən rayon mərkəzindən 10 km məsafədə, Şirvan düzündə yerləşən. APA TV-nin yerli bürosunun xəbərinə görə, Kənd sakinləri inanır ki, Qazyan kəndi bölgədə ən iri yaşayış məntəqəsi olduğu üçün bölgə qazisi bu kənddə oturarmış. Yolçular bir-biri ilə rastlaşanda haradan gəldiklərini və yaxud hara gedəcəklərini soruşanda “qazi yanından gəlirik” və ya “qazi yanına gedirik” deyə cavab alırlarmış. Tədricən bu sözlər qısaldılaraq "Qazyan" şəklində işlədilməyə başlayib. "Qazyan Ensiklopediyası" adlı kitabda isə xalq etimologiyası doğru qəbul edilmir. Rayonun digər bir kəndi, Qulabənd kəndinin adının mənası ilə də maraqlandıq. Sakinlər deyir ki, kəndin adı ilə bağlı 2 xalq etimologiyası var. Qeyd edək ki, ölkəmizdə bu sujetimizdə sadaladıqlarımızdan da qəribə və gülməli olan, orada yaşayan sakinlərin lağ yerinə çevrilən toponimlər mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR