Son sutkada 14 nəfər koronavirusdan vəfat etdi - STATİSTİKA

# 17:30
15 may 2021

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 377 yeni yoluxma faktı qeydə alınıb, 1 318 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 329 371 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 313 778 nəfər müalicə olunaraq sağalıb, 4 768 nəfər vəfat edib, aktiv xəstə sayı 10 825 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7 285, hazırkı dövrədək isə 3 375 679 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR