Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 538 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 582 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 177 087, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 758 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 418 812 təşkil edir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib