Azərbaycanda dəhşətli qəza: POLİS HƏLAK OLDU

# 11:48
4 iyun 2022

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə yolun Aşağı Seyfəli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Lada Priora" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və daha sonra yol kənarındakı ağaca çırpılıb.

 

Qəza zamanı sürücü, 24 yaşlı İsmət Adilzadə və onun sərnişini 25 yaşlı Ayazxan İbadullayev hadisə yerində ölüb. Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilərək avtomobildə sıxılı vəziyyətdə qalan şəxslərin meyitləri çıxarılıb.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İsmət Adilzadə Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı olub.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR