Dini Komitə jurnalistləri mükafatlandırdı

# 15:58
19 iyul 2023

 

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş “Media və dini təhlükəsizlik” mövzusunda konfrans keçirilib. Tədbirdə millət vəkilləri, Dövlət Komitəsi və media orqanlarının rəhbər şəxsləri, habelə dini icma və digər ictimaiyyət nümayəndələri iştirak edərək fikirlərini bölüşüblər. Konfransı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı giriş sözü ilə açaraq cəmiyyətin həyatında medianın mühüm roluna diqqət çəkib. İdeoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın önəminə toxunub. Mətbuat Şurası sədrinin müavini, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Mediada dini mövzularda manipulyasiyalar” mövzusunda təqdimatla çıxış edib. Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirilmiş yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib. Qeyd edək ki, müsabiqədə APA informasiya Agentliyinin əməkdaşı Günay Elşadqızı da 3-cü yerə layiq görülüb. AYNUR QARA ARİF ƏLİYEV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR