Azərbaycanda ən yaşlı məhkum öldü: ÇIXMAĞINA 3 İL QALMIŞDI
Azərbaycanda ən yaşlı məhkum ölüb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
90 yaşlı məhkum Səfər Səfərov saxlanıldığı həbsxanada vəfat edib.
Qeyd edək ki, Səfər Səfərov 2015-ci ildə arvadını öldürməkdə təqsirli bilinərək həbs edilib.
Hadisə Zaqatalanın Əliabad qəsəbəsində qeydə alınıb. 83 yaşlı Səfər Səfərov polisə məlumat verərək, 3 nəfər maskalı şəxsin onun yaşadığı evə basqın etdiyini və arvadı, 86 yaşlı Xanpərini öldürdüklərini bildirib.
Hadisə yerinə çıxan əməliyyatçılar 83 yaşlı qocanın polisi aldatdığını müəyyən ediblər. Məlum olub ki, Səfər Səfərov özü arvadını qətlə yetirib.
O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?