Azərbaycanda FACİƏ: Ana özünü pəncərədən düşən uşağın arxasınca atdı
Abşeronda ana və uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.
APA xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kristal Abşeron” 1 yaşayış massivində baş verib.
Belə ki, binanın beşinci mərtəbəsində uşaq pəncərədən düşüb. Ana onu tutmaq üçün özünü atsa da, hər ikisi dünyasını dəyişib.
Ailə bir neçə gün əvvəl həmin evə kirayə köçübmüş.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi