Azərbaycanda foto ilə şantajın FACİƏVİ SONU - intihar etdi
Şəki sakinini intihara sövq edən həbs olunub.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Şəki rayon sakini yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Bakı şəhər sakini olan şəxs Şəki rayon sakininə məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırıb.
Bakı şəhər sakini barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?