Azərbaycanda generalın bütün rütbələri əlindən alındı

# 15:30
24 sentyabr 2021

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun məhkəməsi başa çatıb.

APA TV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsininin hakimi Polad Həsənovun sədrliyi ilə keçirilən prosesdə sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, təqsirləndirilən şəxs “daxili xidmət general-mayoru”, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən mərhum edilib.

Qeyd edək ki, Əhməd Əhmədov 2017-ci ilədək Naxçıvanın daxili işlər naziri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR