Azərbaycanda həbsdə olan 4 erməni hərbçinin cəza müddəti başa çatıb
Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində olmaqda ittiham olunan 4 nəfər barəsində kassasiya şikayətinə baxılıb. APA Ali Məhkəmənin saytına istinadən xəbər verir ki, onların kassasiya şikayəti qismən təmin edilib. Həmin şəxslərə verilən cəzalar azaldılıb və barələrində qəti olaraq 1 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Ermənistan vətəndaşı olan 4 nəfərin cəza müddəti başa çatdığından onlar azadlığa buraxılıb. Lakin hökmlərində qeyd edilib ki, cəza müddəti başa çatan şəxslər Azərbaycan hüdudlarından dərhal çıxarılmalıdır. Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 6 il müddətinə azadlıqdan məhrum edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu