Kəndlisini bıçaqlayıb qaçdı

# 20:30
18 oktyabr 2021

Zaqatalada 39 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.

APA TV-nin məlumatına görə, hadisə rayonun Dağlı kəndində baş verib. Kənd sakinləri 1982-ci il təvəllüdlü Rəşad Məhərrəm oğlu Müslümovla 1990-cı il təvəllüdlü Ronal Mikarram oğlu Cavadov arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranıb. Mübahisə zamanı Ronal Cavadov Rəşad Müslümovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Rəşad Müslümov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Ronal  Cavadovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbir aparılır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR