Azərbaycanda ödəmə terminalını soydular
İmişli Rayon Polis Şöbəsinə mayın 2-nə keçən gecə Çaxırlı kəndindəki mağazaların birindən 650 manat pul, orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından isə 4000 manatın oğurlanması barədə məlumat daxil olub.
DİN-dən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nahid Süleymanov müəyyən edilərək saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Bərdə rayonunun Kələntərli kəndinin ərazisindəki daha bir mağazadan 150 manat pul, 200 manat dəyərində tütün məmulatı, videomüşahidə kamerasının yaddaş qurğusu və orada quraşdırılmış “E-Manat” ödəmə terminalından 1611 manat pul, Ağsu şəhəri ərazisindəki digər bir mağazadan 100 manat pul, 2700 manat dəyərində tütün məmulatı, noutbuk, orada quraşdırılmış “E Manat” terminalından 2418 manat pul, Muradlı kəndindəki digər mağazadan isə 80 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilib.
Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)