Azərbaycanlı iş adamı Rusiya həbsxanasında öldü
Rusiya həbsxanasında azərbaycanlı məhkum ölüb.
Lent.az-ın xəbərinə görə, hadisə Tomsk həbsxanasında qeydə alınıb.
Orada saxlanılan 58 yaşlı Çingiz Nurəddin oğlu Əsgərov vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Çingiz Əsgərov əvvəllər biznes fəaliyyəti ilə məşğul olub. O, Bakıda və Rusiyada restoranlar şəbəkəsi yaradıb. 2008-ci ildə Rusiyada həbs edilən iş adamı 18 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının 15 ilini geridə qoyan Çingiz Əsgərovun yaxında həbsdən çıxması gözlənilirdi.
Onun nəşi yaxın günlərdə Azərbaycana gətirilərək doğulduğu Salyan rayonunda torpağa tapşırılacaq.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi