Azərbaycanda pandemiya bitir - NAZİR AÇIQLADI

# 13:08
22 sentyabr 2022

“Azərbaycanda yetərincə vaksin var. Bu günə qədər peyvənd vurdurmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram”.

 

APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

 

Nazir Azərbaycanda pandemiya ilə bağlı vəziyyətdən də danışıb: “Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi artıq pandemiyanın sonuna yaxınlaşması ilə bağlı işıq görüldüyünü bildirib. Azərbaycanda koronavirusdan ölüm halları minimal səviyyədədir. Yoluxanlar hələ də var. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm”, - deyə nazir vurğulayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR