Azərbaycanda tanınmış iş qadını həbs edildi
Dələduzluqda təqsirləndirilən "Run Group" şirkətinin prezidenti İranə Talışxanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İranə Talışxanova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "Run Group" şirkətinin prezidenti İranə Talışxanova külli miqdarda dələduzluqda təqsirləndirilib. Cinayət işi üzrə 11 nəfər zərərçəkən şəxs qismində tanınıb. Zərərçəkənlər arasında Türkiyə vətəndaşları da var. Zərərçəkənlərin hər birinə iş qurmaq adı altında dələduzluq edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu