Azərbaycanda Türkiyənin yeni məktəbləri açılır - APA TV

# 16:40
29 avqust 2022

Yeni tədris ilindən Beynəlxalq Maarif Məktəbləri fəaliyyətə başlayacaq.

APA TV xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Beynəlxalq Maarif Məktəblərinin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə deyib.

 

Səfir qeyd edib ki, Beynəlxalq Maarif Məktəbləri təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində əsas fənnlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək.

Məktəbin direktoru Ərtoğrul Toy isə qeyd edib ki, Türkiyə Cümhuriyyətinin beynəlxalq təhsilə açılan pəncərəsi olan Maarif Vəqfi tərəfindən dünyanın 67 ölkəsində 429 təhsil müəssisəsi fəaliyyət göstərir və bu tədris ocaqlarında 50 minə yaxın şagird təhsil alır. Onun sözlərinə görə, növbəti ildə 1000 nəfərlik daha bir məktəb layihəsi var. Həmçinin o, ehtiyac olarsa, yataqxanalı məktəblərin də açılacağını bildirib.

Məktəb direktoru Beynəlxalq Maarif Məktəblərinə şagird qəbulunda şəhid və qazi övladları üçün güzəştlərin də nəzərdə tutulduğunu diqqətə çatdırıb:

 

"Hər şey üçün şəhid və qazilərimizə borcluyuq. Şagirdlərimizin müəyyən hissəsini həmin şəxslərin övladları təşkil edəcək. Əlimizdən gəldiyi qədər onları məktəbə qəbul edəcəyik".

 

Məlumat üçün bildirək ki, yeni tədris ilindən etibarən Azərbaycanda Türkiyənin Beynəlxalq Maarif Məktəbləri fəaliyyətə başlayacaq.

 

Aysel Əliyeva,

Xəyal İskəndərov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR