Bank Of Baku

Bakıda maskalı şəxs qadını döyüb pullarını aldı

# 12:19
17 mart 2023

Bakıda qadına qarşı soyğunçuluq olub.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 16-da Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində maskalı bir nəfərin Bakı şəhər sakini olan qadına zor tətbiq edərək içərisində 3000 manatı olan çantasını soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.

 

Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Orxan İskəndərov müəyyən olunaraq saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR