Azərbaycanda zəlzələ ilə bağlı xəstəxanalıq olanların sayı açıqlandı
Azərbaycanda zəlzələ ilə bağlı xəstəxanalıq olanların sayı açıqlandı - APA TV İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib. Bu barədə TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib. Müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub. Onlardan 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub. Müraciətlər, əsasən, arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi