Azərbaycanın yəhudi oğlu vəfat edib

# 13:38
20 sentyabr 2022

Siyasi analitik Arye Qut vəfat edib.

 

Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib. O qeyd edib ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən Arye Qut İsraildə vəfat edib.

 

Qeyd edək ki, Arye Qut 2 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonra müəllimlik təcrübəsi keçmək məqsədi ilə İtaliyanın Genova Universitetinə göndərilib. Beynəlxalq münasibətlər sahəsində magistr elmi dərəcəsi olan Arye Qut azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışıb.

 

Atye Qut 2000-ci ildə İsrailə köçüb. 2007–2009-ci illərdə Arye Qut Türkiyənin İsraildəki səfiri Namiq Tanın siyasi müşaviri vəzifəsində çalışıb.

 

Bununla yanaşı, o, İsrail-Turkiyə və İsrail-Azərbaycan münasibətləri sahəsində İsraildə aparıcı mütəxəssislərindən biri kimi tanınıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR