Qara baxmağa gedən dostlar qəzaya düşdü
Kürdəmirdə 2 nəfərin ölümü və 2 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə gecə saatlarında rayonun Qarasaqqal kənd yolunda qeydə alınıb.
Rayonun Yenikənd kənd sakini, 1993-cü il təvəllüdlü Abdulla Təvəkkür oğlu Qubadovun idarə etdiyi "KİA" markalı minik maşını idarəetmədən çıxaraq arxa aşıb.
Nəticədə sürücü, A. Qubadov və sərnişini 1988-ci il təvəllüdlü Ramai Durhəsən oğlu Daşdıyev aldıqları ağır xəsarətlərdən ölüb. "KİA"-da olan daha 2 sərnişin- 1992-ci il təvəllüdlü Elmir Fərhad oğlu Nəbiyev və onun həmyaşıdı Mayıl Habil oğlu Manafov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
“Qafqazinfo”nun yaydığı məlumata görə,ilkin araşdırmalar zamanı məlum olub ki, qəzaya düşən 4 nəfər dost olublar. Şamaxıya qar yağdığını öyrənən dostlar birgə gəzintiyə getmək üçün yola çıxıblarmış.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi