Azərbaycanlı kişi oteldə arvadını öldürdü
Norveçdə azərbaycanlı qətl törədib. Lent.az Norveç mediasına istinadla məlumat yayıb ki, hadisə qaçqınlar üçün olan “Magic” otelində baş verib. 30 yaşlı ukraynalı qadın burada ağır yaralı halda tapılaraq, xəstəxanaya yerləşdirilib. Ancaq görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onu qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs edilib. Hadisəni törədən şəxsin 30 yaşlı azərbaycanlı olduğu bildirilir. Məlumata görə, cütlüyün bir övladı varmış.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib