Azərbaycanlı zavod direktoru dəmiryolu vağzalında qəfil öldü
Rusiyanın Lipetsk Sement Zavodunun baş direktoru Elvin Məmmədov Moskvada qəfil vəfat edib.
Lent.az xəbər verir ki, o, dəmiryolu vağzalında Lipetske getmək istəyərkən qatarı gözləyəndə ürək tutmasından ölüb.
Beş növ sement istehsal edən “LipetskSement” şirkəti “AvroSementQrup” Holdinqə daxil olub və Avropanın ən böyük sement istehsalçısıdır.
Qeyd edək ki, Elvin Məmmədov Əliş Məmmədovun oğludur. 1958-ci ildə Şəkinin Orabon kəndində doğulmuş Əliş Məmmədov Rusiya Federasiyası Saxa Respublikası IV, V və VI çağırış Dövlət Məclisinin deputatı, Saxa Respublikasının əməkdar inşaatçısı, "Yakutsement" İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyətinin Baş Direktoru olub.
O, hazırda Saxa Azərbaycanlıları Cəmiyyətinin – Saxadakı diaspor təşkilatımızın başçısıdır.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib