“Azəriqaz” abonentlərə xəbərdarlıq etdi

# 14:41
20 aprel 2023

“Azəriqaz” İB-də növbəti “Açıq qapı” aksiyası baş tutub.

“Azəriqaz” İstehsalat Birliyinin İdarəetmə Aparatının 104 xidmətinin rəhbəri Xalidə Şimşək bildirib ki, texniki-profilaktiki işlərlə əlaqədar 21, 22 aprel tarixlərində ödəniş sistemləri işləməyəcək. O, həmin tarixlərdə eyni səbəbdən çağrı mərkəzinin də işləməyəcəyini qeyd edib.

"Bildiririk ki, 21 aprelədək balansında kifayət qədər kubmetr qaz olmayan abonentlər mütləq qaydada smart-kartlarına yükləmə etsinlər. Əgər qaz təchizatı ilə bağlı hər hansı bir problem yaranarsa, vətəndaşlar Çağrı Mərkəzinin 077 3 104 104 "Whatsapp" nömrəsi və azeriqaz.az saytının onlayn çat bölümü vasitəsilə müraciətlərini ünvanlaya bilərlər. Ünvanlanan bütün müraciətlərə mütləq qaydada Çağrı Mərkəzinin əməkdaşları tərəfindən geri dönüş olunacaq",- deyə qurum rəsmisi qeyd edib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, ümumilikdə abonentləin 82,8 %-i 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib:

 “397,870 abonent, yəni ümumi abonentləin 16,0 %-i 20 qəpik tarifilə və 28,856 abonent ümumilikdə abonentləin 1,2 %-i 25 qəpik tarifilə qazdan istifadə edib. 2023-cü ilin yanvar-mart ayları ərzində Respublika ərazisində fəaliyyət göstərən 415 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün illik 5000 kubmetr limit ayrılıb".

 

Eldəniz Vəliyev, həmçinin qeyd edib ki, bu üç ay ərzində 415 məscid və dini məbədə təbii qazdan istifadə üçün 5 min kub metr illik limit verilib.

 

 

ORXAN ASLAN

HƏZRƏT BAYRAMLI

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR