“Azəriqaz” əhaliyə müraciət etdi: Ölən şəxslərin yerinə...

# 18:17
9 sentyabr 2022

“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq qapı” aksiyası keçirilib.

 

APA TV xəbər verir ki, aksiya zamanı qurumun 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək əhaliyə müraciət edib. O bildirib ki, vəfat etmiş vətəndaşların qeydiyyatını təsdiqləyən sənədlər yenilənməli və xidmətdən istifadə edən şəxs özü qeydiyyata düşməlidir.

 

İlham Mehbalıyev isə çıxışında vurğuladı ki, “Azəriqaz” İB tərəfindən ölkə üzrə yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı 2023-2027-ci illəri əhatə edəcək proqram hazırlanıb.

İlham Mehralıyevin sözlərinə görə, hazırlanmış yeni proqrama əsasən, yaxın beş il ərzində 320 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulur, onların 235-i meşəyanı məntəqələrdir.

 

ŞƏMS QULİYEVA

CEYHUN MUSTAFAYEV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR