Özəl pensiya fondları nələri dəyişəcək?

# 20:15
29 dekabr 2021

2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) proqnozlaşdırılan gəlirləri üzrə risk gözlənilmir. Bunu Fondun İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Bu il 190 mindən artıq şəxsin əlillik müddətinin bitdiyini deyən sədr əlavə etdi ki, həmin şəxslər təkrar müayinədən keçərək əlilliklərini bərpa edə bilərlər.

O ki qaldı gələn il üzrə əmək pensiyalarının orta aylıq məbləğinin nə qədər olacağına,

Himalay Məmişov həmçinin Azərbaycanda özəl pensiya fondlarının yaradılmamasının da səbəbini açıqlayıb. Bildirib ki, özəl pensiya fondlarının fəaliyyəti əmək pensiyaları haqqında qanunda uzun müddətdir ki, nəzərdə tutulub. Lakin hələ ki, tətbiq olunmur. Çünki bunun müəyyən riskləri var. Bu istiqamətdə uğurlu özəl pensiya fondlarının fəaliyyəti məhdud saydadır. Bu fondlar iki istiqamətdə qiymətləndirilməlidir. Birincisi, nəzərə almaq lazımdır ki, özəl pensiya fondları uzunmüddətli investisiya şirkətləri formasında fəaliyyət göstərəcək. Yəni pensiya fondlarına yatırılan vəsait uzun müddətli investisiyadır, bu vəsaitləri 20-30 il sonra əldə edəcəksiniz. Həmin illərdə həmin fondların fəaliyyətinin hansı formada təşkil ediləcəyi, davam etdiriləcəyi ciddi şəkildə qiymətləndirilməlidir. Çünki həmin şəxslərin sosial təminatının gələcəkdə qarşılanması dövlətin əsas öhdəliklərindən biridir. Ona görə bu məsələyə bir qədər həssas yanaşmaq lazımdır. İkincisi isə burada məcburi dövlət sosial sığorta haqlarının məbləğinə baxılmalıdır. Hazırda bu göstərici 25 faiz həcmində müəyyən olunub. Özəl pensiya fondlarının yaradılacağı təqdirdə vətəndaşların pul köçürümələri ilə bağlı hansı reaksiya verəcəklərini də bilmək lazımdır. Sözsüz ki, bu qiymətləndirilmələr aparıldıqdan sonra yekun qərarlar qəbul olunacaq.

 

Aytən Sakitqızı

Ceyhun Mustafayev

APA tv

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR