“Azəriqaz”a edilən zəngləri sədr cavablandırdı
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bayram günündə gücləndirilmiş iş rejimində çalışan Birliyin 104 Operativ Xidmət şöbəsinin əməkdaşlarının iş şəraiti ilə tanış olub.
APA TV xəbər verir ki, ilaxır çərşənbədə Birliyin Çağrı mərkəzinə daxil olan bəzi müraciətləri baş direktor özü cavablandırıb.
Vətəndaşların ünvanladıqları sualları cavablandırdıqdan sonra Birlik rəhbəri özünü təqdim edərək abonentləri bayram münasibəti ilə təbrik edib. Daha sonra baş direktor 104 Operativ Xidmət şöbəsinin əməkdaşlarını bayram münasibəti ilə təbrik edərək onlara məsuliyyətli işlərində uğurlar arzulayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu