“Azəriqaz”dan yenilik: Sadəcə nömrənizi yazacaqsınız və…

# 14:55
17 iyun 2022

"Azəriqaz.az" saytının mobil versiyası hazırlanır. Bunu "Azəriqaz" İstehsalat Birliyinin 104 Çağırı Mərkəzinin rəhbəri Xalidə Şimşək açıq mikrafon aksiyasında deyb.

 

Onun sözlərinə görə, vətəndaşlar bu tətbiqi mobil telefonlarına yükləyərək lazımi məlumatları əldə edə biləcəklər. Belə ki, proqram vasitəsilə abonent kodunu, borcunu və digər məlumatları əldə etmək mümkün olacaq. Həmçinin proqrama sayğac nömrəsini qeyd etməklə abonentlər digər problemlərini də öyrənə bilərlər.

Qeyd edək ki, 2 milyon 400 min abonentdən 600 minə qədərinin dövri yoxlama müddəti tamam olub.

 

Qeyd edək ki, “Açıq qapı” aksiyası feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanıb. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılıb.

 

 

Nərmin Murad

 

Kamran Namazov

 

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR