"Azərişıq" Daşkəsən və Ağstafada elektrik enerjisinin verilişini bərpa edib
Ağstafa rayonunun yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa edilib.
"Azərişıq" ASC- dən "APA-Economics" ə verilən məlumata görə, hazırda hadisə baş verən ərazilərlə yanaşı bütün ölkədə elektrik enerjisi təchizatı tam qaydasındadır.
Bildirilir ki, sel daşqınları və qasırğa nəticəsində Daşkəsən rayonunda da elektrik enerjisi təchizatında fasilə yaranmışdı.
"Azərişıq" əməkdaşlarının gərgin əməyi nəticəsində rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisi təchizatı bərpa edilib.
DİGƏR XƏBƏRLƏR
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib
Fərid Şəfiyev Orta Dəhlizlə bağlı vacib məqamları açıqladı
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak etdi