“Azərişıq”ın yeni sistemi nələri dəyişəcək? - Yüzdən çox kənd, 1 qəsəbə dəyişdi

# 18:07
19 dekabr 2022

Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC görülən işlər çərçivəsində “ASAN Xidmət və “ASAN Kommunal” mərkəzlərində Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) vasitəsi ilə göstərilən xidmətlərin mərhələli şəkildə Elektron hökümət portalına inteqrasiyasını təmin edib.

Bu sözləri "Azərişıq"ın Masallıda baş tutan mətbuat konfransında, qurumun ASAN XİDMƏTLƏ İş departamentinin direktoru İnam Yusifov səsləndirib.

O bildirib ki, göstərilən elektron xidmətlər bu sahədə şəffaflığın, operativliyin təmin edilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, abonentlərə rahat və müasir elektron platforma üzərindən onlayn müraciət etməsi üçün imkan yaradıb.

Mərkəzlərdə “Azərişıq” ASC tərəfindən göstərilən xidmətlərdən 12 xidmət tam elektronlaşaraq vətəndaşların istifadəsinə verilib. Cari ildə “Azərişıq” ASC-yə “ASAN Xidmət”,“ASAN Kommunal” və elektron qaydada enerji təchizatı şəbəkəsinə qoşulması məqsədi ilə 51 000-ə yaxın müraciət daxil olub. Bunlardan 44 000 əhali, 7000 qeyri-əhali müraciətidir.

Cəmiyyət tərəfindən dövlət qurumları ilə təmin edilən inteqrasiyalar isə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Dövlət Vergi Xidməti, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət komitəsi, Elektron Hökümətin İnkişafı Mərkəzi (e-gov.az, asanpay.az), ASAN Xidmət, Ədliyə nazirliyi və Kapital bankdır.
"Azərişıq" ASC mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Aydınoğlu, bu il ərzində 100 - dən çox kənd və bir qəsəbənin elektrik təsərrüfatında yenidənqurma işlərinin  aparıldığını bildirib. Görülən işlərin investisiya proqramına əsasən həyata keçirildiyini qeyd edib. İdarə rəisi onu da qeyd edib ki, "Azərişıq" ASC də Balans idarəsi var ki, onlar da respublika üzrə elektrik sahəsində İtgilərin qeydiyyatını aparır. Növbəti illərdə də itgilərin daha çox olduğu şəhər, kənd və qəsəbələrdə yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

 Qeyd edək ki, “Azərişıq” ASC  innovasiyaları tətbiq etməklə vətəndaş məmnunluğunun, çevik idarəetməni formalaşdırıb. Məqsəd əldə edilən nailiyyətlərin davamlılığını təmin etmək, gələcək üçün daha səmərəli şərtləri yaratmaqdır. Qeyd olunan xidmətlərdən yararlanmaq üçün www.azerishiq.azwww.e-gov.az və ya e-service.azerishiq.az portalı vasitə ilə müraciət etmək mümkündür.


Növbəti Xidmətin kartlarla olan xidmətlərdə aparılması planlaşdırılıb.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR