Azərpaşa Nemətov əbədiyyətə yola salındı
76 yaşında qəflətən ürəktutmasından vəfat edən Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azərpaşa Nemətovla vida mərasimi keçirilib. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva vida mərasiminə əklil göndərib. Akademik Milli Dram teatrında keçirilıən vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, sənət yoldaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra mərhumun nəşi İkinci Fəxri xiyabanda aparılıb, orada dəfn olunub. Qeyd edək ki, Azərpaşa Nemətov 2016-cı ildən etibarən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktorudur. O, 12 avqust 2022-ci ildə "Şərəf" ordeninə layiq görülüb.
DİGƏR XƏBƏRLƏR
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”