Bağlaması türk şəhid ailəsinə gedən şəhid anası: “oğlumu ora köməyə göndərmişəm”

# 15:09
25 fevral 2023

Bu zəlzələdən zərərçəkən bir şəhid anasının ona yardım göndərən başqa bir şəhid anasına sevgi və minnətdarlıq hisslərinin sözlərə çevrildiyi andır. Laçınlı şəhid Elgün Ağayar oğlu Abbaslının anasının göndərdiyi yardım bağlaması Malatyalı şəhid Cevdet Şişmanın anası Ayşə Şişmana çatdırılır və gözüyaşlı ana şəkli bağlamanın üzərində olan şəhidimizi də öz oğlu kimi qəbul edir.

APA TV-nin əməkdaşları Elgün Ağayar oğlu Abbaslının ailəsinə baş çəkib, onlarla həmsöhbət olub. 

Elgünün anası Sevda Cəfərova deyir ki, bağlamanın üzərinə oğlunun şəklini yapışdırması hələ də oğlunun yaşadığına inanmaq, qardaşlarımıza köməyə getdiyini düşünmək arzusunun nəticəsi olub.

Şəhidimizin valideynləri deyir ki, biz düşünmürdük ki, bağlama başqa bir şəhid ailəsinə çatar. Amma oğlumuzun adına hazırladığımız bağlamanın məhz şəhid ailəsinə, oğlunu itirmiş bir anaya yardım etdiyini düşünmək bizə qürur hissi verir.

Azərbaycan ordusunun əsgəri olan Elgün Abbaslı 44 günlük vətən müharibəsində Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Laçının və Şuşanın azad olunması uğrunda döyüşüb. O, Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirəsinə ucalıb. Elgün Abbaslı “Vətən uğrunda” “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR